ABŞ Rusiyanı Gürcüstanla bağlı məsuliyyətə cəlb etmək istəyir

Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyanı Gürcüstanla bağlı məsuliyyətə cəlb etmək istəyir.

ABŞ Rusiyanı Gürcüstanla bağlı məsuliyyətə cəlb etmək istəyir
Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyanı Gürcüstanla bağlı məsuliyyətə cəlb etmək istəyir.

meqale.com oxuya istinadən bildirir ki, buna səbəb 2008-ci ildə Rusiyanın Gürcüstana qarşı təcavüzü və onun ərazisindən qoşunların çıxarılmasına dair razılaşmaya əməl etməməsidir.

ABŞ dövlət katibi Antoni Blinken Gürcüstana qarşı təcavüzün 15-ci ildönümü ilə əlaqədar bildirib ki, Gürcüstan xalqı Rusiyanın beynəlxalq hüquqa məhəl qoymaması və qonşuları üzərində hökmranlıq etmək istəyi səbəbindən əziyyət çəkib.

O qeyd edib ki, ABŞ qoşunların işğaldan əvvəlki mövqelərə geri çəkilməsini nəzərdə tutan və 2008-ci ildə imzalanmış altı bəndlik atəşkəs razılaşmasına əməl etmədiyinə görə Rusiya Federasiyasını məsuliyyətə cəlb etməkdə qətiyyətlidir.