ABŞ Rusiyaya sanksiyaları genişləndirdi
ABŞ antirusiya sanksiyalarını genişləndirib. Belə ki, neft məhsullarının daşınmasına görə dörd şirkət və bir tanker qara siyahıya salınıb.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bildirib.
Məlumata görə, Honkonqda qeydiyyatdan keçmiş "Bellatrix Energy Limited" və "Covart Energy Limited" şirkətləri, həmçinin BƏƏ-dən olan iki şirkət - "Sun Ship Management D" və "Voliton DMCC" sanksiyaya məruz qalıb.
Rusiya bayrağı altında üzən "Sanar 15" neft tankerinə də məhdudiyyətlər qoyulub.