ABŞ separatçılar qarşısında geri çəkilib
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin rəsmi Vaşinqtonun vasitəçiliyi ilə keçirilmiş son görüşündə sentyabrın 1-dən bölgədə yolların açılması və Ağdam-Xankəndi marşrutunun işə düşməsi razılaşdırılıbmış.
meqale.com APA-ya istinadən bildirir ki, ABŞ bu razılaşmanın əsas iştirakçısı olub.
ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan rəhbərliyi ilə danışıqlarda həm Laçın, həm Ağdam yolunun açılmasını xahiş edib. Amma daha sonra Ermənistan və separatçılar bu razılaşmaya müqavimət göstərib. Bundan sonra isə ABŞ mövqeyindən geri çəkilib.
Çünki bu gün istər Dövlət Departamenti, istərsə də Konqresdə yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışılır.