ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
"Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq".
meqale.com oxuya istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
Prezidentin köməkçisi bildirib ki, buraya ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi, Təl-Əviv və Ər-Riyad arasında münasibətlərin normallaşdırılması və Fələstin xalqının maraqlarına uyğun mənalı addımlar daxildir.
Qeyd edək ki, hazırda Ər-Riyad müdafiə paktı bağlamaq üçün Vaşinqtonla danışıqlar aparır. Təhlükəsizlik zəmanəti müqabilində Səudiyyə Ərəbistanı İsraillə tam diplomatik əlaqələr qura bilər.