100 baldan 99-nu qazandı: Ən sağlam çay məlum oldu
Dünyada sağlam həyat tərzi sürətlə yayılır və bir çoxları hansı çayın daha faydalı olduğu ilə maraqlanır. İngiltərədə qidalanma elmi sahəsində aparılan son araşdırma isə çay dünyasında böyük diqqət çəkib. Sınaqdan keçirilən 25 çay arasında yalnız biri 100 üzərindən 99 bal toplayaraq "ən sağlam çay" adını qazanıb.
meqale.com xəbər verir ki, bir çoxlarının düşündüyü kimi ən sağlam çay yaşıl çay yox, rooibos (roybos) çayıdır.
Qidalanma üzrə mütəxəssislər çayları antioksidant dəyəri, xərçəng və xəstəliklərlə mübarizə gücü, ürək və beyin sağlamlığına təsiri kimi göstəricilər üzrə qiymətləndiriblər.
Rooibos çayı:
Mütəxəssislər bildirirlər: "Hər gün bir fincan rooibos çayı içmək, bədənin detoks sistemini təbii şəkildə dəstəkləyir."
Rooibos çayının faydaları
• Ürək üçün faydalıdır: Qan təzyiqini tarazlayır və damar elastikliyini artırır. • Güclü antioksidantdır: Orqanizmi sərbəst radikallardan qoruyur. • Kafeinsiz enerjidir: Kahvə kimi oyandırır, amma əsəbi etmir. • Dəriyə yaxşı təsir edir: İltihab əleyhinə təsiri sayəsində dərinin yaşlanmasını ləngidir.
Üstəlik, dadı yumşaqdır və şəkərsiz də rahat içilir.
Gündə 1 fincan rooibos çayı bədənin müdafiə sistemini gücləndirmək üçün kifayətdir.
Artıq içilməsi zərərli hesab edilmir, amma ideal miqdar 1 fincandır.
Bəs niyə 1 bal kəsildi?
Rooibos çayının tərkibində olan bəzi tanenlər, bədənin dəmirin sorulmasını bir qədər zəiflədə bilər.
Bu səbəbdən dəmir çatışmazlığı olan şəxslərə çayı yeməkdən bir müddət sonra içmək tövsiyə olunur.