ABŞ təsdiqlədi, "Abrams"lar Ukraynaya gedir

Birləşmiş Ştatlar Ukraynaya payıza qədər çatdırılmalı olan "Abrams" tanklarının ilk partiyasının göndərilməsini təsdiqləyib.

ABŞ təsdiqlədi,
Birləşmiş Ştatlar Ukraynaya payıza qədər çatdırılmalı olan "Abrams" tanklarının ilk partiyasının göndərilməsini təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə CNN telekanalı ABŞ ordusu katibinin tədarük, logistika və texnologiya üzrə köməkçisi Duqlas Buşa istinadla məlumat yayıb.

"Tanklar hazırdır. İndi onlar sursat, ehtiyat hissələri ilə birlikdə Avropaya, sonra isə Ukraynaya çatdırılmalıdır", - deyə D.Buş bildirib. O, tədarüklərin ilk partiyasına neçə tankın daxil ediləcəyini dəqiqləşdirməyib.