ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırdı

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb.

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırdı
ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb.

meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

Kirbi Vaşinqton administrasiyasının Ukraynaya silah-sursat da daxil olmaqla 125 milyon dollarlıq yeni hərbi yardım paketi ayırdığını deyib.

Yeni paketə HIMARS reaktiv yaylım atəş sistemləri, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, "Stinger" hava hücumundan müdafiə sistemləri, AT-4, TOW və "Javelin" tank əleyhinə raket sistemləri üçün döyüş sursatları daxil olacaq.