ABŞ və Britaniya husilərin aeroportuna beş zərbə endirdi

ABŞ və Britaniya qüvvələri Yəmənin qərbindəki Hodeyda əyalətində Ənsarullah (Husi) hədəflərinə hücum edib.

ABŞ və Britaniya husilərin aeroportuna beş zərbə endirdi
ABŞ və Britaniya qüvvələri Yəmənin qərbindəki Hodeyda əyalətində Ənsarullah (Husi) hədəflərinə hücum edib.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə husilərə məxsus "Al Masirah" telekanalı məlumat yayıb.

Bildirilib ki, koalisiya qüvvələri Hodeyda şəhərindəki beynəlxalq hava limanının ərazisinə ən azı beş zərbə endirilib.