ABŞ Yaxın Şərqlə bağlı qətnamə layihəsini təqdim etdi

ABŞ Yaxın Şərqdəki vəziyyətlə bağlı qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edib.

ABŞ Yaxın Şərqlə bağlı qətnamə layihəsini təqdim etdi
ABŞ Yaxın Şərqdəki vəziyyətlə bağlı qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT-dəki diplomatik mənbədən bildirilib.

Məlumata əsasən, sənəddə HƏMAS hücumunu pisləyən, girovların azad edilməsinə çağıran və İsrailin özünümüdafiə hüququnu tanıyan bəndlər var.

Bundan əlavə, ABŞ qətnaməsində mülki şəxslərin müdafiəsi də daxil olmaqla, beynəlxalq humanitar hüquqa tam hörmət etməyə çağırış, həmçinin Qətər və digər ölkələrin oktyabrın 20-də HƏMAS saxladığı iki girovunun azad edilməsinə səbəb olan səylərin tanınması əks olunub.