Ad gününü qəbirüstündə qeyd etdi - FOTO

"Bu gün mənim ad günümdür. Əslində fevral ayını və doğum günümü təqvimimdən silmişəm, qaralamışam. Ümumiyyətlə mənim üçün ən ağır travmalı aydır".

Ad gününü qəbirüstündə qeyd etdi - FOTO
"Bu gün mənim ad günümdür. Əslində fevral ayını və doğum günümü təqvimimdən silmişəm, qaralamışam. Ümumiyyətlə mənim üçün ən ağır travmalı aydır".

meqale.com xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz sosial şəbəkədə yazıb. O, bunun səbəbini isə belə izah edib:

"Ona görə ki, mən 2023-cü il fevral ayının 12-də tortumun şamlarını söndürəndə məndən soruşdular ki, "Nə arzu edirsən?". Mən dedim ki, 36 yaşımda ən böyük arzum atamın sağlamlığına qovuşmasını görməkdir. Və 37-38 yaşımda da həmçinin! Bu gün isə 38 yaşım tamam oldu! Hər şey oldu, hər arzum yerinə yetdi, amma o arzum baş tutmadı! Bu gün isə səhər açılandan sadəcə efirdən çıxıb qəbirüstünə getdim. Və saatlarla bu günümü burada qeyd etdim. Atam, sonra isə işlərimin başında olacağam! Mənə təbrik yox, sadəcə atama rəhmət oxuyun. Bununla mənə dünyaları vermiş kimi olacaqsınız, inanın mənə!