Adel nişanlandığını təsdiqlədi - FOTO

Dünya şöhrətli ulduz Adel nişanlanıb.

Adel nişanlandığını təsdiqlədi - FOTO
Dünya şöhrətli ulduz Adel nişanlanıb.

meqale.com olay-a istinadən xəbər verir ki, sənətçi 42 yaşlı idman agenti Riç Paul ilə evlənəcəyini təsdiqləyib.

36 yaşlı müğənni Münhendəki konserti zamanı gözlənilməz etiraflar edib. Bir pərəstişkarı zarafatla ulduzdan həyat yoldaşı olmasını xahiş etdikdən sonra Adel belə reaksiya verib:

"Mən səninlə evlənə bilmərəm, çünki artıq nişanlıyam, amma təklifə görə təşəkkürlər!"

Qeyd edək ki, Adel və Riç Paulun nişanlanması ilə bağlı şayiələr 2022-ci ildən yayılır. Müğənnini nişan üzüyünə çox bənzəyən üzük barmağında bir neçə dəfə görüblər. Bir dəfə sənətçi hətta ictimaiyyətə onun artıq evli olduğunu düşündürdü, amma məlum oldu ki, bu hələ belə deyil.