İş adamının qəbiristanlıqda meyiti tapıldı - Türkiyədə

46 yaşlı türkiyəli iş adamı Rahman Olgunun meyiti tapılıb.

İş adamının qəbiristanlıqda meyiti tapıldı - Türkiyədə
46 yaşlı türkiyəli iş adamı Rahman Olgunun meyiti tapılıb.

meqale.com bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, ondan xəbər ala bilməyən ailə üzvləri Olgunu atasının məzarının olduğu qəbiristanlıqda asılı vəziyyətdə tapıblar.

Hadisə ilə bağlı polis tərəfindən genişmiqyaslı araşdırmaya başlanılıb.

Olgunun ölüm səbəbinin aparılacaq otopsiya və kriminal ekspertizadan sonra dəqiqləşəcəyi bildirilib.