AFFA bu klubları yüksək məbləğdə cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

AFFA bu klubları yüksək məbləğdə cərimələdi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

meqale.com qurumun saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 3-cü turundakı qada pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

"Neftçi" - "Turan Tovuz" oyununun 55-ci dəqiqəsində "Neftçi"nin heyətində 5 nömrəli futbolçu İqor Ribeyro təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılıb. "Neftçi" isə 3000 manat cərimə edili

Eyni matçda "Neftçi" azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 2000 manat cərimə edilib.

"Sabah" - "İmişli" görüşü "İmişli"nin meydana gec çıxması səbəbindən gec başladığına görə bölgə təmsilçisi 3000 manat cərimələnib.