AFFA-dan qalmaqallı oyunla bağlı qərar - Baş məşqçiyə ağır cəza
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, iclasda Azərbaycan II Liqasının 9-cu turunda keçirilən oyunlardakı qayda pozuntuları ilə bağlı qərarlar da verilib.
"Göygöl" - "Şəki Siti" oyununun 82-ci dəqiqəsində "Göygöl" klubunun baş məşqçisi Araz Mansurov köməkçi hakimə fiziki təzyiq göstərdikdən, ardınca təhqir etdikdən sonra meydançaya daxil olaraq matçın baş hakiminə fiziki təzyiq göstərdiyinə, onu təhqir etdiyinə görə 10 oyun cəzalanıb, "Göygöl" klubu 2000 manat cərimə edilib.