AFFA hakimləri təhqir edən futbolçunu cəzalandırdı

II Liqa komandası "Dinamo"nun futbolçusu Yusif Cəfərov diskvalifikasiya edilib.

AFFA hakimləri təhqir edən futbolçunu cəzalandırdı
II Liqa komandası "Dinamo"nun futbolçusu Yusif Cəfərov diskvalifikasiya edilib.

meqale.com "report"a istinadən bildirir ki, buna səbəb onun Azərbaycan Kubokunun I təsnifat mərhələsində "Göygöl" ilə oyunda hakimləri təhqir etməsi olub.

Matçın 84-cü dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimlərin ünvanına qeyri-etik ifadələr işlədən oyunçu AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılıb. Komanda isə 300 manat cərimə olunub.

Qeyd edək ki, rəqibinə 1:2 hesabı ilə məğlub olan "Dinamo" ölkə kuboku ilə vidalaşıb.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun