AFFA sənədləri saxtalaşdıran məşqçini futboldan uzaqlaşdırdı

AFFA sənədlərin saxtalaşdırılmasında iştirak etmiş "Baku Sporting" klubunun məşqçisi Şamil Məmmədovu 6 ay şərti olmaqla, 12 aylıq futbolla bağlı fəaliyyətdən kənarlaşdırıb.

meqale.com Trend-ə istinadən bildirir ki, buna səbəb U-13 Liqasında iştirak edən "Baku Sporting" komandasının heyətində yer alan futbolçu Roman Bayandurov adından lisenziyası olmayan Əli Hüseynov adlı şəxsin oyunlara çıxarılmasıdır.

Qeyd edilib ki, "Baku Sporting" komandasına həmin oyunlarda 0:3 hesablı texniki məğlubiyyət verilib.