Afrikaya gedən Hüseyn Həsənov qorillalarla görüşdü - VİDEO - FOTO
Rusiyada və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloger və iş adamı Hüseyn Həsənov Afrikaya yollanıb.
meqale.com bizim.media-ya istinadən xəbər verir ki, Hüseyn təlimatçıların köməyi ilə dağların yamacında məskən salan qorilla sürüsünün yanına gedib.
Həsənov nəhəng meymunlara yaxınlaşaraq onların görüntülərini çəkib. Həmin anları bloger sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Eyni zamanda arxada oturan qorillanın fonunda Hüseyn foto da çəkib.
Həsənovun qorillalarla görüşünün görüntülərini təqdim edirik: