Ağ Evdə tapılan ağ maddə: FOTOSU yayıldı
"Daily Mail" bu yay Ağ Evdəki şkaflardan birində tapılan kokainin fotoşəkillərini paylaşıb.
meqale.com publika.az-a istinadən xəbər verir ki, nəşrin yazdığına görə, bu fotolar ilk dəfədir ki, yayımlanır.
Kokain iyulun 2-də, prezidentin oğlu Hunter də daxil olmaqla, Bayden ailəsinin həftəsonunu Kemp Deviddə keçirərkən Locker 50-də tapılıb. Həmin maddənin qanunsuz narkotik vasitə olduğu müəyyən edilib. Bu, Qərb qanadının boşaldılmasına və Ağ Evin ətrafındakı küçələrin bağlanmasına səbəb olub, 11 günlük araşdırmaya başlanılıb.
"Daily Mail"in əldə etdiyi sənədlər də FTB-nin direktor müavini Paul Abbatenin istintaqda iştirak etdiyini göstərir.
"Məxfi Xidmət "dəlil çatışmazlığı" səbəbindən təhqiqatı iki həftədən az müddətdə bağlayıb. Şübhəlilərin siyahısı 500 nəfərə qədər azaldılıb, lakin CCTV görüntüləri sahibini müəyyən edə bilməyib", - deyə nəşr yazır.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp çıxışlarından birində Co Baydenin kokain qəbul etdiyini bildirmişdi.Trampın sözlərinə görə, bu hal prezidentin çıxışlarının əvvəlində və sonunda özünü büruzə verir. Tramp deyib ki, Ağ Evdəki kokainin prezident Baydenə və ya onun oğlu Hunterə aid ola biləcəyinə inanır.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun