Ağalıda həyat canlanır - VİDEO

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin doğma yurda qayıdışı davam edir. Bu günədək 1000-ə yaxın ailənin bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülməsi təmin olunub. Böyük Qayıdışın başlandığı ilk kənddə - Zəngilan rayonunun Ağalı kəndində artıq 175 ailə (871 nəfər) məskunlaşıb.

Dövlət Komitəsindən meqale.com-a verilən məlumat görə, "Ağıllı kənd" konsepsiyası əsasında inşa olunmuş, müasir tələblərə cavab verən zəruri sosial-texniki infrastrukturun qurulduğu Ağalıda sakinlərin rahat və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb. Burada fəaliyyət göstərən dövlət müəssisələri, özəl qurumlar kənd sakinlərinin məşğulluğunun təmin edilməsinə dəstək verir.

Ağalının hər bir sakini yaşadığı evin həyətyanı sahəsində yardımçı təsərrüfat qurub, meyvə ağacları, bağ-bostan bitkiləri əkib-becərir, ev quşları saxlayır.