Ağalıya qayıdan müəllim: Vətənpərvər gənclər yetişdirmək istəyirəm
Bu gün bizim üçün çox qürurverici bir gündür. Çünki Ağalıya qayıdırıq, 30 ildir işğal altında olan torpaqlarımızda məskunlaşmağa gedirik.
meqale.com bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Ağalı kəndinə köçən Nəzrin Baxşalıyeva söyləyib.
Ağalıya Azərbaycan dili və ədəbiyyat müəllimi kimi getdiyini deyən Nəzrin Baxşalıyeva orada ölkəmizə layiqli, vətənpərvər gənclər yetişdirmək istədiyini vurğulayıb: "Ağlının tərəqqi yolunda inkişaf etməsi üçün əlimizdən gələni edəcəyik".
meqale.com