Ağcabədidə dəhşətli olay - 40 yaşlı kişi faciəvi şəkildə öldü
Ağcabədi sakini 1983-cü il təvəllüdlü Samir Əkbərovu ildırım vuraraq öldürüb.
meqale.com Trend-ə istinadən bildirir ki, hadisə rayonun Gələbədin kəndində qeydə alınıb.
Samir özünə məxsus torpaq sahəsində təsərrüfat işləri görərkən ildırım vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.