"Ağdam Qafqazın Xirosimasıdır" poçt markası buraxıldı - FOTO

İndoneziyanın Dövlət Poçt Şirkəti Ağdam rayonu ilə bağlı poçt markasını dövriyyəyə buraxıb.

İndoneziyanın Dövlət Poçt Şirkəti Ağdam rayonu ilə bağlı poçt markasını dövriyyəyə buraxıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İndoneziyadakı Səfirliyinin "X" sosial şəbəkə hesabında bildirilir.

Məlumatda deyilir ki, markanın üzərində İndoneziya dilində "Ağdam Qafqazın Xirosimasıdır" yazılıb.