Ağdam, Şuşa, Zəngilan könüllüləri fəaliyyətə başlayıb - Qədir Xəlilov

Azərbaycanda könüllülərin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir.

Ağdam, Şuşa, Zəngilan könüllüləri fəaliyyətə başlayıb - Qədir Xəlilov
Azərbaycanda könüllülərin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan Könüllülük Həftəsi 2023"ün həmrəylik forumunda çıxışı zamanı deyib.

"Biz könüllülərin fəaliyyətini yaxından izləyir, onların bu işini təqdir edirik. Azad olunmuş ərazilər üzrə könüllülər proqramı başlayıb. Proqram çərçivəsində Ağdam, Şuşa, Zəngilan könüllüləri fəaliyyətə başlayıb", deyə Q.Xəlilov əlavə edib.