Ağdam və ətraf kəndlərə köçürülmə prosesinin başlayacağı tarix açıqlandı
2025-ci ilin ortalarından sakinlərin Ağdam və yaxın kəndlərə köçürülməsi prosesinin başlanılması planlaşdırılır.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
"Ağdam şəhərində görüləsi işlərin miqyası xeyli çoxdur. Bu gün orada irimiqyaslı tikinti işləri görülür. Artıq 3 məhəllənin təməli qoyulub. İki məhəllədə işlərə başlanılıb. Yaxın zamanda daha 3 məhəllənin təməli qoyulacaq. Bütün bu tikinti işləri gələn ilin əvvəlində başlayacaq. Planlara əsasən, 2025-ci ilin ortalarından Ağdam və ətraf kəndlərə sakinlərin köçürülməsi mümkün olacaq", - o deyib.
"Bu gün Ağdamda irimiqyaslı tikinti işləri görülür. Artıq 3 məhəllənin təməli qoyulub. İki məhəllədə işlər başladılıb. Yaxın zamanda daha 3 məhəllənin təməli qoyulacaq. Bütün bu tikinti işləri gələn ilin əvvəlində başlayacaq. Planlara əsasən, 2025-ci ilin ortalarından Ağdam və ətraf kəndlərə sakinlərin köçürülməsi mümkün olacaq", - o deyib.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə keçmiş məcburi köçkünlərin geri qayıtması "Böyük Qayıdış" proqramı çərçivəsində həyata keçirilir.
Proqram ümumilikdə rayon, şəhər və kəndlərin, eləcə də hər bir vətəndaşın normal həyat fəaliyyəti üçün şəraitin yaradılmasını müəyyən edən istiqamətləri əhatə edir.
"Böyük Qayıdış" proqramı Azərbaycanın daxili resursları hesabına həyata keçirilir.