Ağdamda ağır qəza - Yaralananlar var - YENİLƏNİB - FOTO

21:39 Ağdamda baş verən nəqliyyat hadisəsində xəsarət alanların adları məlum olub.

Ağdamda ağır qəza - Yaralananlar var - YENİLƏNİB - FOTO
21:39 Ağdamda baş verən nəqliyyat hadisəsində xəsarət alanların adları məlum olub.

meqale.com-ın xəbərinə görə, yol qəzası zamanı 54 yaşlı Bayramov Xosrov Xəlil oğlu, 51 yaşlı Bayramova Gültəkin Ayxan qızı, 26 yaşlı Bayramova Teyyubə Xosrov qızı, 64 yaşlı Mehralıyeva Laləzar Mirzə qızı və 56 yaşlı Qarayeva Nazilə Kərış qızı xəsarət alıblar.

------------ 20:28 Ağdamda baş verən qəzada 4 nəfər xəsarət alıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün saat 19 radələrində rayonun Çəmənli kəndi ərazisində yüksək sürətlə hərəkətdə olan "Toyota" markalı  avtomobil idarəetməni itirərək yol kənarındakı elektrik xəttinə, daha sonra yolu kənarındakı beton hasara çırpılaraq hərəkətdə olan "KİA" markalı avtomobillə toqquşub.

Qəza zamanı "Toyota"da olan sürücü də daxil olmaqla 4 nəfər xəsarət alıb.

Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.