Ağdamda dəmir yolu kompleksi və avtovağzal bu tarixdə hazır olacaq
Ağdamda dəmir yolu kompleksinin və avtovağzalın tikintisinin 2024-cü ilin sonunadək tamamlanması planlaşdırılır.
meqale.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil edilmiş işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev "Xəzər Tikinti Həftəsi" çərçivəsində panel müzakirələrdə deyib.
Onun sözlərinə görə, 44 kilometrlik Bərdə-Ağdam yolunun tikintisi artıq yekun mərhələdədir.