Ağdamda Qarabağ Universiteti tikiləcək
Qarabağ Universitetinin modeli hazırlanır.
meqale.com APA-ya istinadən bildirir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Tibb Təhsili üzrə Beynəlxalq Konfransda deyib.
O bildirib ki, bu universitet yəqin ki, Ağdamda tikiləcək:
"Biz bu universitetdə də tibb təhsilinin verilməsini istəyirik".
Nazir, həmçinin qeyd edib ki, tibb təhsilinin coğrafiyası genişləndirilməlidir:
"Ənənəvi olaraq tibb sadəcə bir ali təhsil müəssisəsində verilir. Hesab edirəm ki, bu sahədə universitetlər arasında mübadiləni təmin etmək mümkündür. Xüsusən də texnologiya sahəsində bu mübadilə daha məqsədəuyğun olardı".