Ağdamdakı kəhriz şəbəkələrinin çoxu ermənilər tərəfindən dağıdılıb - Emin Hüseynov

İşğaldan azad edilmiş ərazilərdə geniş bərpa və quruculuq işləri davam etməkdədir və işlər qrafikə uyğun şəkildə həyata keçirilir.

Ağdamdakı kəhriz şəbəkələrinin çoxu ermənilər tərəfindən dağıdılıb - Emin Hüseynov
İşğaldan azad edilmiş ərazilərdə geniş bərpa və quruculuq işləri davam etməkdədir və işlər qrafikə uyğun şəkildə həyata keçirilir.

Bunu Trend-ə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O qeyd edib ki, ancaq proseslərdə müəyyən məsələlər ortaya çıxır, xüsusilə də ekoloji dayanıqlılıq ən vacib məsələlələrdən biridir.

"Bilirsiniz ki, işğaldan azad edilmiş ərazilər yaşıl zona kimi qəbul olunub. Ekoloji məsələlərə diqqətin artırılması işğaldan azad edilmiş ərazilərdə də müşahidə olunur. Bərpa işləri gedən zaman bir çox ekoloji problemlər ortaya çıxır.

56 min hektarlıq meşə fondumuz düşmən tərəfindən dağıdılıb. Bu fondun dayanıqlı şəkildə bərpası olunması, Azərbaycan xalqının tarixi və mədəni abidələrindən sayılan kəhrizlərin bərpa olunması çox vacibdir. Bu gün təkcə Ağdamda 50-dən çox kəhriz şəbəkəsi var. Bu şəbəkələrin hər birində çoxlu sayda quyular var, ancaq bu kəhrizlərin böyük əksəriyyəti ermənilər tərəfindən dağıdılıb. Bilirsiniz ki, şəhərlərimiz yerlə-yeksan edilib", - deyə o əlavə edib.

E.Hüseynov qeyd edib ki, hazırda Ağdamın məşhur Şahbulaq yatağı istismar olunur və tikinti proseslərində bu daşlardan istifadə edilir.

"Hesab edirik ki, bundan sonra da Qarabağın və Şərgi Zəngəzurun yataqlarının daha səmərəli şəkildə istismar olunaraq, daha dayanıqlı şəkildə iqtisadi dövriyyəyə qaytarılması bərpa işlərinin keyfiyyətini artıracaq", - deyə o əlavə edib.