Ağır qəza: ölən var
Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com xəbər verir ki, hadisə köhnə Ələt - Astara avtomobil yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, rayonun Qardili kənd sakini 1984-cü il təvəllüdlü Elnur Mail oğlu Mədətov yolu keçən zaman avtomobil vurub.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.