Ağır xəstəliyə tutulan məşhur aktyorun son halı - FOTO
48 yaşlı məşhur aktyor Ufuk Özkan qaraciyər çatışmazlığından əziyyət çəkir.
meqale.com olay-a istinadən bildriir ki, o, bu səbəbdən də orqan transplantasiyası üçün müraciət edib.
Ufuk Özkan bir müddətdir ki, səhhətindəki problemlər səbəbindən çətin günlər yaşayır.
Qeyd edək ki, çəki itirməsi ilə diqqət çəkən aktyor səhv pəhriz saxladığını, buna görə də immun sisteminin çökdüyünü açıqlamışdı.
Səhhətindəki problemlərə baxmayaraq, iş həyatına fasilə verməyən, bir-birinin ardınca serial və filmlərdə rol alan Özkan bir müddət əvvəl Ersoy Gülərin ssenarisini yazıb rejissorluq etdiyi "Sağ Salim 3: Ölü ya da diri" filminin aktyor heyətinə daxil edilib.