Ağır yol qəzasında 3 nəfər öldü - 11 nəfər yaralanıb - FOTO
Türkiyədə Tarsus - Adana - Qaziantep magistral yolunda yük avtomobilinin mikroavtobus, qazıyıcı və asfalttökən vasitəyə çırpılması nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Haber Türk" məlumat yayıb.
Bildirilib ki, çırpılmadan sonra yük avtomobili alovlanmağa başlayıb.
Yaralılar Kahramanmaraş və Qaziantepdəki xəstəxanalara göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.