Ağır yol qəzasında ölən 30 yaşlı Məhəmmədəlinin FOTOları
Noyabrın 13-nə keçən gecə Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, qəza Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən "Səhram Market"in qarşısında qeydə alınıb.
Belə ki, Vüsal Şirinov idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 1993-cü il təvəllüdlü Məhəmmədəli Həsənzadəni vurub. Ağır xəsarətlər alan şəxs 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, vəfat edib.
Faktla bağlı istintaq aparılır.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun