Ağırlıqqaldıranımız Avropa çempionatında 3 medal qazandı

Azərbaycan ağırlıqqaldıranı Elman Kurdanov Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında keçirilən Avropa çempionatında 3 medal qazanıb.

meqale.com xəbər verir ki, Azərbaycan Ağırlıqqaldırma Federasiyasındanverilən məlumata görə, atlet birdən qaldırma hərəkətində 100 kq-ı ram edərək Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.

Təkanla qaldırma hərəkətində isə 124 kq-ı baş üzərinə qaldıran idmançı gümüş medal əldə edib. Toplam 224 kq (100+124) nəticə ilə Elman yekun sıralamada da gümüş medal qazanıb.