Ağlasığmaz OLAY: mübahisə etdiyi imamı oxla vurdu - VİDEO

Türkiyədə məscid imamı oxla vurulub.

Ağlasığmaz OLAY: mübahisə etdiyi imamı oxla vurdu - VİDEO
Türkiyədə məscid imamı oxla vurulub.

meqale.com publika.az-a istinadən xəbər verir ki, hadisə İstanbulun Bağcılar rayonundakı Necattin məscidində baş verib.

Məsciddə imamla mübahisə edən bir şəxs əvvəlcə oradan uzaqlaşıb, qısa müddət sonra isə əlində oxla geri qayıdıb. O, imamı oxla vurub.

Çiynindən yaralanan imama müdaxilə etməyə çalışan vətəndaşlar sağlamlıq qruplarına və polisə xəbər verib.

Yaralı imam Bağcılar Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilib.

Şübhəli şəxs isə polis tərəfindən saxlanılıb.