Ağstafada mikroavtobus qəzası - Yaralananlar var

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Ağstafada mikroavtobus qəzası - Yaralananlar var
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com Trend-ə istinadən bildirir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindəki payında qeydə alınıb.

Belə ki, hərəkətdə olan mikroavtobus evakuatorla toqquşub.

Qəza nəticəsində mikroavtobusun sərnişinləri- 42 yaşlı Afət Məmmədova və 41 yaşlı Həcər İsmayılova xəsarət alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.