Ağsuda "Land Rover" dərəyə aşdı - YENİLƏNİB - VİDEO

15:15

Ağsuda
15:15

Xəbər verdiyimiz kimi, ötən gecə Ağsu rayonunda "Land Rover" markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yanğın baş verib.

FHN-dən meqale.com-a verilən məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğının söndürülməsi anının görüntülərini təqdim edirik:

10:56

Ağsu rayonunda "Land Rover" markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşıb.

Fövqəladə Hallar Nazirliyindən meqale.com-a verilən xəbərə görə, Ağsu rayonunda "Land Rover" markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.