Aİ Azərbaycanın bu işini dəstəkləyir və dəstəkləyəcək - Peter Mixalko

Azərbaycan üçün ərazilərin minalardan təmizlənməsi prioritet məsələlərdəndir.

Aİ Azərbaycanın bu işini dəstəkləyir və dəstəkləyəcək - Peter Mixalko
Azərbaycan üçün ərazilərin minalardan təmizlənməsi prioritet məsələlərdəndir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisdə "Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib.

ANAMA-nın fəaliyyətini yüksək qiymətləndirən P.Mixalko bildirib ki, Avropa İttifaqı digər məsələlərdə olduğu kimi mina təhlükəsi ilə mübarizədə Azərbaycanla əməkdaşlığa önəm verir. "Biz vətəndaş cəmiyyətləri ilə yaxından əməkdaşlıq edirik. Təbii ki, mina təhlükəsi məsələsi də bura daxildir.

Avropa İttifaqı Azərbaycan hökumətinin mina təhlükəsinin aradan qaldırılması işini dəstəkləyir və dəstəkləyəcək.