Aİ müşahidəçiləri Ermənistanda qəzaya düşdülər - FOTO
Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasına məxsus avtomobil qəzaya düşüb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Shamshyan.com" portalı yayıb.
Hadisə bu gün səhər saatlarında Sünik vilayətində Tatev-Lçen yolunda qeydə alınıb.
Bildirilir ki, "Nissan Pathfinder" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. İlkin məlumata görə, qəza zamanı xəsarət alan olmayıb.