Aİ və Almaniya səfirləri Gürcüstan XİN-ə çağırıldı

Bu gün Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqı (Aİ) və Almaniya səfirlərini nazirliyə çağırıb.

Aİ və Almaniya səfirləri Gürcüstan XİN-ə çağırıldı
Bu gün Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqı (Aİ) və Almaniya səfirlərini nazirliyə çağırıb.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan XİN-nin mətbuat xidməti məlumat yayıb.

Onlara Ukrayna nümayəndə heyətinin tərkibində bəzi cinayət işləri üzrə qiyabi məhkum olunmuş respublikanın keçmiş ədliyyə naziri Zurab Adeişvilinin Berlin və Brüsselə səfərindən narahatlıq çatdırılıb.

Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski və Almaniyanın Gürcüstandakı səfiri Piter Fişer ilə də görüş keçirilib, məsələ ilə bağlı Gürcüstan tərəfinin narahatlığı rəsmi şəkildə bildirilib.

Səfirlərə izah edilib ki, bu, Gürcüstan cəmiyyətində narahatlığa səbəb olur və anti-Qərb təbliğatı ilə effektiv mübarizəyə kömək etmir.