Ailə FACİƏSİ: Ata-ana və 15 yaşlı qızları öldü
Tuva Respublikasında 3 nəfər dəm qazından zəhərlənərək dünyasını dəyişib.
meqale.com xəbər verir ki, hadisə Çadan şəhərində fərdi evdə baş verib. Üç uşaqlı ailə fərdi evdə yaşayırmış. Səhər saatlarında zəhərlənmə əlamətləri olan üç nəfərin - valideynlərin və onların 15 yaşlı qızının meyiti tapılıb.
Digər iki uşaq - 11 yaşlı oğlan və bir yetkin qız xəstəxanaya yerləşdirilib. Onlara lazımi yardım göstərilib.