"Aktrisanı oğluma almaram" deyirdi, indi onlara qibtə edir

"Mən öz payıma demişdim ki, aktrisa ilə evlənmərəm. Çünki bu sənətin içində idim, artıq bilirdim ki, necədir".

"Mən öz payıma demişdim ki, aktrisa ilə evlənmərəm. Çünki bu sənətin içində idim, artıq bilirdim ki, necədir".

meqale.com axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədov "7 Tamam" verilişində "Aktrisanı oğluma almaram" fikirlərinə cavabında deyib. Sənətçi aktyor oğlu İbrahim Çingizlə aktrisa həyat yoldaşı Aydan Axundovadan danışıb:

"Mənim lotoreyam onda udub ki, Mehriban xanımla ailə qurmuşam, bütün işləri o nizamlayıb. Övladım İbrahimlə xanımı Aydan ailədə də, sənətdə də bir yerdədirlər. İndiki dövrdə onlara baxıb qibtə edirəm".

Qeyd edək ki, Aydan və İbrahimin bir qız övladı var.