Aktyor külli miqdarda qazancını vergidən yayındırdı
Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi sənətçilərin gəlirləri ilə bağlı araşdırma aparıb.
meqale.com xəbər verir ki, 150 sənətçinin hesabı gözdən keçirilib. Maliyyə Nazirinin açıqlamasına görə çox məşhur aktyorlardan birinin 100 milyon lirəlik gəlirinin qeydiyyata alınmadığını bildirib.
Ad açıqlamayan Nazir sözügedən şəxsin vergidən yayındığını qeyd edib. (olay)