Albaniyada miqrantları daşıyan avtomobil dərəyə yuvarlandı: Çox sayda ölən var
Bu gün səhər saatlarında Albaniyada miqrantları daşıyan avtomobil qəzaya uğrayıb.
meqale.com oxuya istinadən xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil paytaxt Tiranadan təxminən 240 kilometr aralıda yerləşən Vjosa çayına düşüb və parça-parça olub.
Maşında olanların hamısı, o cümlədən yeddi miqrant və sürücü həlak olub.