"Aldatmaması üçün qadın kişini hər mənada qane etməlidir" - VİDEO
Türkiyəli aktrisa Feyza Civelek son açıqlaması ilə diqqət çəkib.
meqale.com axşam.az-a istinadən bildirir ki, aktrisa qonaq olduğu proqramların birində xəyanətlə bağlı sualı cavablandırıb.
"Qadından asılıdır. Aldatmaması üçün qadın kişini hər mənada qane etməlidir. Bunu bacaracaq qadın olduğumu düşünürəm" deyən Feyzanın bu açıqlaması sosial media izləyicilərini qəzəbləndirib. Onu buna görə qınayıblar.
İzləyicilər onun ünvanına "Özünə hörmət edən biri belə açıqlama verməz", "Bu, qadından asılı deyil, kişinin xarakteri olmalıdır", "Rihanna, Ancelina Coli, Şakira da bacarmadı? Bunu eşitsələr gülərlərdi", "Dedi və səhəri gün xəyanatə uğradı", "Qorxunc bir açıqlamadır", "Şakiraya xəyanət ediblər, sənə etməyəcəklər?" kimi şərhlər yazıblar.