Alıbəylidə birinci mərhələ üçün neçə ev tikiləcək?- FOTO
Alıbəyli kəndində birinci mərhələdə 772 sakin üçün 197 fərdi yaşayış evi inşa olunacaq.
Zəngilan rayonun Alıbəyli kəndinin mövcud məskunlaşma ərazisi 103.51 ha ərazini əhatə edir. Layihələndirilən ərazi sahəsi 170.31 ha, birinci mərhələ ərazisi isə 58.25 ha təşkil edir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Aqil Qurbanov jurnalistlərə açıqlamasında Alıbəyli kəndində 2568 sakin üçün 498 ədəd fərdi yaşayış evi və 144 mənzildən ibarət 2-3 mərtəbəli binanın layihələndirilməsinin nəzərdə tutulduğunu deyib.
"Həmçinin birinci mərhələdə 772 sakin üçün 197 fərdi yaşayış evinin layihələndirilməsi və tikilməsi nəzərdə tutulub. Bundan əlavə, ərazidə inzibati bina, klub-icma mərkəzi, qonaq evi, İdman sağlamlıq mərkəzi, çayxana, ticarət obyekti, Ailə Sağlamlıq Mərkəzi, mərasim zalı, bazar kompleksi və digər qeyri-yaşayış obyektlərinin layihələndirilməsi planlaşdırılır.