Alman polisi türkiyəli mühaciri anasının gözləri qarşısında vəhşicəsinə öldürdü
Almaniyanın Mannheim şəhərində polis əlində bıçaq olan Türkiyə vətəndaşı 49 yaşlı Ertekin Özkanı küçənin ortasında anasının gözləri qarşısında güllələyib. meqale.com musavat.com-a istinadən bildirir ki, hadisənin görüntüləri təhlükəsizlik kamerasına əks olunub. Xəbər üzərinə hadisə yerinə təcili yardım çağırılıb.
Hadisə anının görüntüləri sosial şəbəkədə yayılıb. Bir çox sosial media istifadəçisi alman polisinin Ertekin Özkanı öldürmək yerinə onu yüngül yaralayaraq dayandıra biləcəyini deyib.