Almaniyadan gələn dəvət - Uğurları şərtləndirən amillər...

İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycanın nüfuzu günbəgün artmaqdadır. Münhendə keçirilən konfrans, xüsusilə, görüşün qarşı tərəfin müraciəti əsasında baş tutması bunun bariz nümunəsidir. Bu kimi xahişlər birbaşa cənab Prezidentin şəxsi nüfuzu ilə də bağlıdır.

Almaniyadan gələn dəvət - Uğurları şərtləndirən amillər...
İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycanın nüfuzu günbəgün artmaqdadır. Münhendə keçirilən konfrans, xüsusilə, görüşün qarşı tərəfin müraciəti əsasında baş tutması bunun bariz nümunəsidir. Bu kimi xahişlər birbaşa cənab Prezidentin şəxsi nüfuzu ilə də bağlıdır.

Münhen Təhlükəsizlik konfransında iştirakımız, keçirilən görüşlər Azərbaycanın xarici siyasəti artıq qlobal xarakter daşıdığının göstəricisidir. Ölkə başçısının andiçmə mərasimində də dediyi kimi, bu müstəqil, inamla aparılan və uğurla həyata keçirilən xarici siyasətdir: "Xarici siyasətimiz bərabərhüquqlu münasibətlərə, bir birinə hörmət, xoş münasibət, bir birinin işinə qarışmamaq prinsipləri üzərində qurulub".

Əvvəlki dövrlərdən fərqli olaraq artıq münasibətlərimiz təkcə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı yox, dünyanı narahat edən problemlər ilə də əlaqəlidir. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan dünyanı narahat edən problemlərin həllində daha fəal olacaq, islamofobiyaya qarşı mübarizədə ön sıralarda yer tutacaq, neokolonializmə qarşı mübafizə aparan ölkələrin yanında olacaq.

Bugünkü görüşlər, dəvətlər, xahişlər deməyə əsas verir ki, Azərbaycanın xarici siyasəti aydın və açıqdır. Artıq siyasətimiz regionun hüdudlarından kənara çıxıb. Ölkə başçısının artan nüfuzu və uğurlu siyasəti sayəsində Azərbaycan artıq dünyada orta güc hesab olunan ölkələr kateqoriyasına daxildir. 

İlk dəfə 2003-cü ildə qarşıda duran məsələlərin həlli ilə bağlı vəd verən ölkə başçısı söz verdiyi kimi Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Bu müddət ərzində Azərbaycanın sürətli və dinamik inkişaf yolunu, tarixi nailiyyətləri görməmək mümkün deyil. Təbii ki, bunlar heç də asan başa gəlməyib. Güclü ordu quruculuğu, hərbi sənayenin qurulması və inkişaf etdirilməsi, iqtisadi inkişaf, güclü iqtisadi sistemin formalaşdırılması, maliyyə sabitliyi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin həlli, cəmiyyətdə sabitlik və təhlükəsizlik, uğurlu, müstəqil və prinsipial xarici siyasət, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, ölkəmizin beynəlxalq nüfuzunun artması, dünyada etibarlı tərəfdaş imici qazanması, xalq-iqtidar birliyi, vahid ideya ətrafında birləşmə bunu şərtləndirən amillərdəndir.

Azərbaycan bu uğurlarla da kifayətlənməyəcək. Ənənəvi enerji sektorunun inkişafı, neft hasilatı və ixracı sahədə sabitliyin qorunub saxlanması, müstəqil uğurlu xarici siyasətin davam etdirilməsi, Azərbaycanın dünyada mövqeyinin daha da gücləndirilməsi və nüfuzunun yüksəldilməsi və sair qarşıda duran vəzifələrimiz sırasındadır. Ermənistan məsələsinə gəldikdə isə onlar sülh istəyirsə bu məsələdə canfəşanlıq etməlidirlər, təxribatlar törətməli yox...

İslam meqale.com