Almaniyanın Bonn şəhərində “COP29"la bağlı konfrans keçiridi - FOTO
Azərbaycanın ev sahibliyi edəcək COP29-a beynəlxalq vətəndaş cəmiyyətinin hazırlıq prosesi çərçivəsində LINKS - Avropa Fondu tərəfindən mayın 3-də Almaniyanın Bonn şəhərində "COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi" mövzusunda konfrans keçirilib.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, konfransda BMT-nin, Avropa İttifaqının, həmçinin nüfuzlu qeyri-hökumət təşkilatlarının və beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Konfransın açılışında Birləşmiş Ərəb Əmirliklərinin iqlim üzrə baş danışıqçısı Hana Əl-Haşimi, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, Almaniya Xarici İşlər Nazirliyinin Enerji üzrə xarici siyasət idarəsinin müdiri Markus Hiken çıxış ediblər.