Alonso bu tarixdə "Real"ın başına keçir - imzalar atılacaq

"Bayer 04" klubunun baş məşqçisi Xabi Alonsonun "Real Madrid"lə imzalayacağı müqavilənin tarixi bəlli olub.

Alonso bu tarixdə
"Bayer 04" klubunun baş məşqçisi Xabi Alonsonun "Real Madrid"lə imzalayacağı müqavilənin tarixi bəlli olub.

meqale.com İspaniya mətbuatına istinadən xəbər verir ki, Almaniya çempionu olan 43 yaşlı mütəxəssis iyunun 1-də imza atacaq rəsmi olaraq yeni klubunun baş məşqçisi olacaq.

Alonso iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək klublararası dünya çempionatında "Kral klubu"nun sükanı arxasında olacaq.

Xatırladaq ki, mayın 9-da "Bayer 04" rəsmiləri Xabinin mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı.