Amerika bizi anladı, növbədə Ermənistandır

44 günlük müharibə və ondan sonrakı proseslər Cənubi Qafqazda yeni reallıq yaradıb. Bu reallıqları bir çox ölkələr, o cümlədən ABŞ də qəbul edir. Bəzi ölkələr üçün Azərbaycanın uğurunu qəbul nə qədər çətin olsa da, bunu həzm etməkdən başqa çarələri qalmayıb. ABŞ də artıq Azərbaycanla münasibətləri yoluna qoymağa çalışır. Bu gün ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın ölkəyə səfəri də bunu deməyə əsas verir.

Məlum olduğu kimi, prezident İlham Əliyev dekabrın 6-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynı qəbul edib. Görüşdə onun ölkəmizə səfərinin ikitərəfli əlaqələrin müxtəlif aspektlərinin müzakirəsi və regional məsələlər ətrafında fikir mübadiləsinin aparılması baxımından əhəmiyyəti qeyd edilib. Ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, münaqişə başa çatandan və Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ da yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə bilər.

Bu görüş göstərir ki, ABŞ-Azərbaycan münasitlərində yaranmış anlaşılmazlıqlar aradan qalxıb. Artıq əlaqələrin müsbət yöndə davam edəcəyi gözlənilir. Belə çıxır ki, Azərbaycanın öz prinsipial mövqeyini ortaya qoyması, qətiyyəti ABŞ tərəfindən başa düşüldü.

Xatırladım ki, Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədilə dekabrda köməkçisi Ceyms O'Braynın Bakıya səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-yə səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.

Amerika dərk edir ki, Azərbaycanın suverenliyini bərpa etməsi ilə yaranan yeni reallıq şəraitində sülh üçün çox yaxşı imkanlar yaranıb. Amerika da bundan yararlanmağa çalışaraq münasibləri irəli aparır. Rəsmilərimizin Amerikaya səfərinin bərpası da ABŞ- Azərbaycan əlaqələrinin əvvəlki səviyəsinə qayıtdığını göstərir.

Nəticə etibarı ilə O'Brayn Konqresdəki sözündən imtina etmiş kimi görünür. Ermənistan isə mövcud vəziyyətlərdən yararlanmaq əvəzinə sülhə əngəl törədən davranışlar sərgiləyir, sərhəddə təxribat törədir, Fransanın oyununa gəlir.

İslam meqale.com